Barac Obama-Atamın Arzusu

Hörmətli blog isdifadəçiləri bu kitabın tərçüməsini gündəlik olaraq Azadlıq qəzetində oxuya bilərsiz.Oxumağa dəyər.....

Hörmətli blog isdifadəçiləri bu kitabın tərçüməsini gündəlik olaraq Azadlıq qəzetində oxuya bilərsiz.Oxumağa dəyər.....
| |
Ərturqut Əliyev 10 günə yaxındır müalicə keçir![]()
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev hərbi xidmət keçdiyi Gəncədəki “N” saylı hərbi hissədə xəstələnib. Lent.az-ın məlumatın görə, Bakıdakı hərbi hospitallardan birinə yerləşdirilən Ə.Əliyevin vəziyyəti hazırda yaxşıdır.
Məlumatda bildirilir ki, əsgər Ərturqut Əliyev artıq 10 günə yaxındır ki, hospitalda müalicə keçir.
Əldə etdiyimiz məlumata görə, bu gün BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev hospitalda Elçibəyin oğlunu ziyarət edib.
Xatırladaq ki, Ərturqut Əliyev bu il Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Pərvin ABBASOV
Mənbə lent.az saytı
Çalış laiqli ol sən təmiz ada
Təmiz ol həmişə düşərsən yada
Onsuz yaşadığımız qoca dünyada,
Hər bir kəndin namərdi var, mərdi var
Bu dünyanın özü boyda dərdi var...
Qoca dünya qorxulu bir tamaşa
Çoxumuzu salıb qorxu təlaşa
Zalımlara çahar qoşa, şeş qoşa
Yetimlərə du-bir verən nərdi var.
Bu dünyanın özü boyda dərdi var
Bu hadisələrin üzərindən doqquz əsr keçdi. Keçən bu 900 il ərzində ermənilər sırf türklərin sayəsində dillərini, dinlərini, məzhəblərini, ənənələrini, qısacası sahib olduqları maddi-mənəvi hər bir şeylərini bu günə qədər qoruyub saxlaya bilmişdilər. Məzhəb məsələsini xüsusi vurğulamaq istəyirəm, çünki pravoslav yunanlar qriqorian erməniləri dəfələrlə məzhəb dəyişməyə məcbur etmiş, bundan ötrü kütləvi qırğınlar törətmiş və erməniləri sürgün etmişdilər. Lakin XIX əsrin ortalarından sonra hər şey dəyişdi. Sehrin təsiri itdi. I dünya müharibəsi vaxtı Rus, ingilis və fransız ordusuna qoşulan Anadoludakı erməni könüllüləri 80 mindən artıq türkü və kürdü qətlə yetirdilər. Bunların böyük əksəriyyəti qadınlar, uşaqlar və qocalardan ibarət dinc əhali idi. Kişi əhali səfərbərliyə alınmışdı. Müdafiəsiz qalan müsəlman kəndləri isə erməni könüllülərinin əsas hədəfinə çevrilmişdi. Sehrin təsirini geri qaytarmağa ciddi ehtiyac duyulanda isə bir az gec idi artıq. Vətəndaşı olduqları Osmanlı dövlətinə xəyanət edən erməni əhalinin təhlükəsizliyini təmin etmək üçün dövlət onları ölkənin daha təhlükəsiz yerlərinə, Suriya və Livana köçürmək məcburiyyətində qaldı. Bu köçürmə vaxtı təqribən 40 min erməni müxtəlif səbəblərdən öldü. Ermənilərin soyqırım qurbanı dedikləri, həmin bu köçürmə vaxtı çoxu xəstəliklər və aclıq ucbatından, az bir qismi isə yollarda türk intiqamçılar tərəfindən öldürülən ermənilərdir. Bu hadisə sehrin təsirinin qismən bərpa olunmasına səbəb olmuşdu. Ermənilər bəlkə özləri də fərqində olmadan öz zehnlərində və qəlblərində qorxunc bir türk obrazı yaratdılar. Bu obraz deyəsən bu ayın 6-sına qədər yaşayırdı. “Getsin-getməsin” mübahisələri davam edərkən Abdullah Gülün İrəvan səfəri gerçəkləşdi. Bu baş verdi, lakin əsas olan bundan sonra baş verəcəklərdir. 2009-cu ildə S. Sarqisyan Abdullah Gülün qonağı olaraq Ankaraya dəvət edilib. Bu səfərdən sonra artıq iki ölkənin bir-birlərinin paytaxtında konsulluq açmamaları üçün heç bir səbəb qalmayacaq. Sərhədlərin nə vaxt açılacağını dəqiq demək mümkün olmasa da bu hər halda elə də uzun vaxt tələb etməyəcək. Türkiyədə işləyən 60 minə yaxın Ermənistan vətəndaşı artıq viza və qeydiyyat problemlərini asanlıqla həll edə biləcəklər. Bir neçə il sonra Türkiyədə çoxlu erməni gəlinlər peyda olacaq. Bir müddət sonra atası türk olan balacaların erməni xalaları və dayıları Türkiyədə rahatlıqla hərəkət edə biləcəklər. Müştərək şirkətlər, Türkiyədə geniş imkanlara sahib erməni iş adamları və.s. Artıq bundan sonra Xocalı Soyqırımı sadəcə tarixin acı bir xatirəsinə çevriləcək. Eynən “31 mart” kimi. Bir neçə il sonra Türkiyə parlamentinə bu haqda təklif belə edilməsi mümkün olmayacaq. Çünki bu inkişaf etməkdə olan Türkiyə-Ermənistan əlaqələrinə xələl gətirə bilər. Əslində bunun həqiqətən bir soyqırım olduğu heç Azərbaycan parlamentində də tanınmayıb. Ölkəmizdə A. Gülün bu səfərini “vəfasızlıq” kimi qiymətləndirənlər də oldu. Məncə tam əksinə idi. Bundan başqa vəfadan danışmağa haqqı olmayan biri varsa o, da bizik. Səbəbini aşağıda qeyd edəcəyəm. Lakin Abdullah Gülü və ya onun simasında Türkiyəni vəfasızlıqda ittiham etmək qəti doğru deyil. Türkiyə və onun iqtidarı əhdinə vəfalı bir hərəkət etdi. Türkiyə NATO-nun üzvü və ABŞ-ın strateji müttəfiqidir. Bu ittifaqa daxil olarkən Türkiyə üzərinə bir sıra öhdəliklər götürmüşdür. Müttəfiqlərin bir-birinə xarici siyasət sahəsində kömək etməməsini vəfasızlıq adlandırmaq olar ki, Türkiyə bunun tam əksini edib. A. Gülü nədə isə ittiham edənlər bu günlərdə Bakıda olan Qoran Lenmarker və D. Cheneyi də ittiham edirlərmi görəsən? Q. Lenmarker: “Aİ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir” deyəndən sonra ona verilən sualı belə cavablandırmışdı: “Azərbaycan Dağlıq Qarabağ məsələsində kompromisə getməlidir”. D. Cheney isə belə deyirdi: “Bu gün Dağlıq Qarabağ probleminin həllinə hər zamankından daha çox ehtiyac duyulur”. Maraqlıdır deyilmi? Məsələn 3, 5 və ya 7 il bundan əvvəl kim ehtiyac duymurdu? Azərbaycan respublikası? Yoxsa qaçqın düşmüş azərbaycanlı əhali? Yoxsa D. Cheney və ABŞ hökuməti? Yəqin ki, sonuncusu. ABŞ bu gün Rusiyanı Qaradənizdən sıxışdırıb çıxarmaqdadır. Qaradənizə sahili olan altı dövlətdən sadəcə Rusiya NATO xaricindədir. Türkiyə, Bolqarıstan və Rumıniya NATO üzvüdür. Ukrayna və Gürcüstan isə real namizəddirlər. Beləcə Qaradəniz artıq bir NATO gölünə çevrilməkdədir. Rusiyanın 300 illik Qaradəniz ağalığı beləcə sona çatır. Rusiya rəsmilərinin bir neçə il bundan əvvəl açıq şəkildə ifadə etdikləri “Ermənistan Rusiyanın fortpostudur” sözünü yəqin ki, bir çoxları xatırlayır. Bu fortpostu, yəni sərhəd qalasını, istehkamı ələ keçirmək ABŞ üçün həyati əhəmiyyət daşıyır. Rusiyanın Zaqafqaziyadakı hərbi-siyasi varlığına son qoymadan regionu tam nəzarət altına almaq, beləcə Xəzər hövzəsinin, buradakı enerji nəqliyyatının təhlükəsizliyini təmin etmək mümkün deyil. Bundan başqa Gürcüstan müharibəsi bir şeyi açıq və aydın şəkildə ortaya qoydu. İrana ehtimal ABŞ hücumu gerçəkləşəndən sonra buradakı xalqların milli azadlıq mübarizəsinin qarşısını almaq xeyli çətin olacaq. Yəni İrandakı mövcud rejimin hərbi yolla dəyişdirilməsindən sonra artıq İranın ərazi bütövlüyündən danışmaq mümkün olmayacaq. Hər şeydən əvvəl buradakı kürdləri artıq bütöv İranın onların vətəni olduğuna inandırmaq müşkülə çevriləcək. Şimali İraqdakı yerli kürd hökuməti buna bir nümunə göstərilə bilər. Cənubi Azərbaycan türkləri də təbii ki, öz hüquqlarını tələb edəcəklər. Cənubi Azərbaycanın tam və ya yarı müstəqilliyi Ermənistanı türk “dənizində” kiçik bir “adaya” çevirə bilər. Qərb, şərq və cənubdan türklərlə, şimaldan isə türklərdən asılı olan Gürcüstanla əhatə olunmuş Ermənistandan Dağlıq Qarabağı qışın sərt çağında bir neçə litr yanacağa belə almaq mümkün hala gələcəkdi. Çünki hamının xatırlayacağı kimi Gürcüstanın Kaspi rayonundakı dəmiryolu körpüsü partladılandan sonra Ermənistana bu yolla aparılan yanacağın nəqli dayanmış və bu ölkədə ciddi yanacaq qıtlığı yaranmışdı. “Bir neçə litr yanacaq” böyük bir mübaliğə oldu, amma hər halda mümkünsüz bir şeydən danışmırıq. 6 sentyabrda bu ehtimal mühasirə yarıldı. Çünki ABŞ buna heç vaxt razı olmazdı. Kiçilmiş, sındırılmış, Azərbaycandan asılı vəziyyətə düşmüş Ermənistan artıq gələcəkdə heç bir əhəmiyyət kəsb etməyəcəkdi. Belə bir Ermənistanı, Rusiyadan ayıraraq Avroatlantik məkana cəlb etmək də asan olmayacaqdı. Gürcüstan böhranı vaxtı Ermənistanın idxal etdiyi yanacağın sadəcə 30%-i cənubdan, İrandan aldığı, geri qalan 70%-ni Gürcüstan tranzit olmaqla şimaldan təmin etdiyi məlum oldu. Bu 70%-in Azərbaycana məxsus olması məni sevindirərdi. Ermənistanın enerji cəhətdən, başqa ölkədən deyil, Azərbaycandan asılı olması daha məqsədəuyğun olardı. Beləcə ABŞ-ın buna niyə məhz indi şiddətli ehtiyac duyduğu qismən də olsa məlum olur. Rusiyanın keçən son bir neçə ildə öz arxivlərini Türkiyəli tarix tədqiqatçıları üçün açması, ermənilərin türklərə qarşı necə böyük vəhşiliklər törətdiyini açıqlayan ədəbiyyatın yayılmasında niyə bu qədər maraqlı olduğu da artıq sirr olmaqdan çıxır. Sanki keçən əsrin əvvəllərində erməniləri silahlandırıb hərbi təlim keçən Rusiya deyil, başqa bir hökumət olub. Türkiyə-Ermənistan düşmənliyindən ən çox faydalanan Rusiyadır. Qonşuları ilə düşmən olan Ermənistanın yeganə pənahgahı daim Rusiya olmuşdur. Rusiya bu vəziyyətin qorunması üçün əlindən gələn hər şeyi edəcəkdir təbii ki. Lakin bu gün rus himayədarlığının Ermənistana çox baha başa gəldiyinin, bunun artıq dünyadakı siyasi reallıqlarla uzlaşmadığının fərqində olan Ermənistan Türkiyə ilə siyasi əlaqələrinin inkişafında daha çox maraqlıdır. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə böyük ehtimalla ABŞ bu işi hər iki tərəfi incitmədən həll etməyə çalışacaq. 20 illik tarixi həqiqəti silməklə. 1988-ci ildəki vəziyyətə geri qayıdılsa heç kim inciməyəcək. Bu geriyə “qayıdış”ın özünə məxsus cəhətləri olacaq. Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu veriləcək ki, Azərbaycan tərəfi bir neçə dəfə buna razı olduğunu artıq bəyan edib. Lakin bu həddən artıq “ən yüksək müxtariyyət” olacaq. Bu muxtariyyətin Azərbaycana bağlılığı sadəcə formallıqdan ibarət olacaq. Məsələn muxtariyyətin rəsmi qurumlarının üzərində qurumun bayrağı ilə yanaşı Azərbaycan bayrağının da dalğalanması kimi və.s. Təsəvvür yaratmaq üçün belə bir müqayisə nə dərəcədə yerinə düşəcək bilmirəm, amma məsələn Böyük Britaniya kraliçası II Yelizaveta həm də Kanadanın kraliçasıdır. Kraliçanın təyin etdiyi bir krallıq təmsilçisi Kanada parlamentinin ilk və son iclaslarını öz nitqləri ilə açır, bağlayır və.s. Məlum olduğu kimi Kanada müstəqil dövlətdir və İngilis müstəmləkəsi olmaqdan çoxdan çıxıb. Yuxarıda qeyd etdiklərimiz əlbəttə ki, ehtimaldır. Lakin ağır siyasi təzyiqlər altında bağlanacaq qalıcı sülh müqaviləsinin Azərbaycanın lehinə olmayacağı açıq və aydındır. “Vaxt bizə işləyir” aldatmacası da yəqin ki, artıq dəbdən düşmüş olar. Çünki artıq heç kim bizə işləmir. Başqa bir yolun olduğu da görünmür və bilinmir. Müharibə istisna olmaqla. 1994-cü ildə bağlanmış atəşkəs sazişindən sonra Azərbaycan cəmiyyəti Qarabağ məsələsində heç bir ictimai fəallıq ortaya qoymadı. Xahiş edirəm heç kim bunu şəxsi qəbul etməsin, lakin biz ATƏT, BMT kimi qurumların Bakı ofislərinin və ya nüfuzlu dövlətlərin səfirlikləri qarşısında öz doğma yurd yuvalarına qayıtmaq istəyən insanların piketlərini, təkidli tələblərini görə bilməmişik.
Kişilərin vuruşmamağı qadınların uşaq doğmamaları qədər qəribədir
Adolf Hitler
Belə bir halda müharibədən danışmağın necə çətin olduğunu vurğulamağa bilmirəm ehtiyac varmı? Çünki cəbhəyə göndərilən gəncdən əslində dolaylı olaraq canını vermək tələb olunur. İnsan isə elə bir varlıqdır ki, onun əlindən bir şeyi alanda gərək ona həmin şeydən daha yaxşısını və ya ən azından əlindən alınanın misli qədər bir şey verəsən ki, əlindən alacağın şeyi könüllü olaraq versin. Can isə insanın verə biləcəyi ən son şeydir. 18-25 yaşlı bir gəncə, Allahdan başqa, heç kim canının əvəzində daha yaxşı bir şey verə bilməz. Bu ŞƏHİDLİKdir. Şəhidlik inanan insanları Allahın vəd etdiyi əbədi səadətə aparan ən mühüm yoldur. Buna inanmış insanların öhdəsindən gələ bilməyəcəkləri heç bir hərbi qüvvə, heç bir hərbi qüdrət yoxdur. Ən müasir silahlar belə bunun qarşısında acizdir. Çünki güc biləkdə yox ürəkdə olur. Müasir texnologiyalar hərbi sahəyə nə qədər tətbiq olunursa olunsun insan faktoru heç vaxt öz əhəmiyyətini itirməyəcək. Tarix bunun misalları ilə doludur.
Aslanın başçılıq etdiyi qoyunlar ordusu qoyunun başçılıq etdiyi aslanlar ordusundan daha təhlükəlidir
Napoleon Bonapart
Malazgird döyüşü (26 avqust 1071) dünya tarixinə yeni istiqamət verən bir döyüş olmaqla yanaşı Azərbaycan tarixinə mühüm təsiri olan hadisələrindən biridir. Belə ki, bu döyüş bugünkü Anadolu və Azərbaycan türklərinin əcdadları tərəfindən parlaq qələbə ilə nəticələndirilmiş döyüşlərdən biridir. Bizans imperatoru Roman Diogenin yunan, frank, slavyan, german, erməni və gürcülərdən ibarət təqribən 200 min nəfərlik ordusu Böyük Səlcuq sultanı Alp Arslanın cəmi 40-50 min nəfərlik ordusu tərəfindən bir neçə saat ərzində darmadağın edilmiş, Roman Diogen isə əsir götürülmüşdü. Bu döyüşün həllediciliyini yaxşı dərk edən sultan Alp Arslan döyüşdən əvvəl ordusuna etdiyi xitabın sonunda belə demişdi: “Bu gün burada nə sultan var, nə əsgər, bu gün burada cihad var və mücahidlər var. Allahı və Rəsulunu sevənlər burada qalsın, arvadını sevənlər evlərinə getsin”. Bir nəfərin belə ordunu tərk etmədiyini görəndən sonra sultan qədim türk ənənəsinə uyğun olaraq atının quyruğunu düyünləmiş və kəfənini boynuna dolayaraq döyüşə ilk girən əsgər olmuşdu.
Döyüşdə səbr və səbat edənlər üçün şan və şöhrət, qorxaqlıq göstərənlər üçün isə ar və zillət vardır. İnsan qorxaqlığı ilə canını əcəlin əlindən qurtara bilməz.
Məhəmməd peyğəmbərin s.ə.v qılıncının üzərindəki yazı
Söz vaxtına çəkər. Bir neçə il əvvəl dərs dediyim bir ali məktəbdə (hal-hazırda artıq orada tədris etmirəm) Ramazan ayında bir tələbə ilə aramızda maraqlı bir dialoq olmuşdu. Azərbaycan Tarixi dərslərində söz istər istəməz Qarabağ məsələsindən açılır və həmin tələbə ilə daha bir neçə nəfər “bunun müharibədən başqa həlli yolu yoxdur, elə indi döyüşə yollanmağa hazıram” kimi ifadələr işlədirdilər. Dəliqanlıların cəsarəti əlbəttə ki, təqdirə layiq idi. Amma həyatda heç bərkə-boşa düşməmiş bu gəncə mən belə bir sual verdim: “Ramazan ayıdır, sən oruc tutmusanmı?”, cavab maraqlı idi: “mənim aclığa və susuzluğa dözümüm yoxdur”. Bu cavabdan sonra mən daha bir sual verdim: “Fərz et ki, müharibə gedir və sən də dediyin kimi könüllü cəbhəyə yollanmısan, döyüş meydanı ata ocağı deyil, hər şey baş verə bilər, fərz et ki, düşmən mühasirəsinə düşmüsən, heç bir kömək də yoxdur, aclıq və susuzluq başlayanda “üzr istəyirəm, mən bunu nəzərə almamışdım, aclığa və susuzluğa dözümüm olmadığı üçün məcburən təslim olmalıyam” beləmi deyəcəksən?”. Əsgərin yüksək əhval ruhiyyə və mənəvi tərbiyyəsi, istər razılaşın istər razılaşmayın, müğənni və ya aktyor işi deyil. Xeyr, bilmədiniz, heç molla işi də deyil, onların işi ən sonda olur. Çox təəssüf, amma müxtəlif mahnı yarışlarında iştirak edib “bəxtini sınamaq” var ikən hansısa gənci mənəvi cəhətdən təşviq etmək, müharibənin ağır məşəqqətlərinə dözməyə, ölümlə uz-uzə gəlməyə çağırmaq bir az çətin məsələdir. Çünki biz səbrli, dözümlü olmağı zülmə və zillətə boyun əymək kimi başa düşürük. Halbuki
Səbr etmək zülmə boyun əymək deyil, çətinliklərə sinə gərməkdir
.“Vəfasızlıq” məsələsinə gəldikdə. Məlum olduğu kimi bu vaxta qədər Azərbaycanın torpaqlarını işğal altında saxladığı üçün Ermənistanla siyasi əlaqələr qurmayan bir neçə dövlət var. Bunların arasında Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı ilə yanaşı keçmiş İraq dövləti var idi. Səddam Hüseyn Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər Ermənistanla heç bir səviyyədə siyasi əlaqələrin qurulmayacağını bildirmişdi. Səddam öz xalqına əziyyət verən bir diktator idi, bu doğrudur. Lakin biz nə etdik?
Sənk yu, yevropian ünvanımızçün sənk yu,
Bay ze taym tas yevro qanımızçün, sənk yu.
"Dobrı" şalbandan sürüşdük düşdük "avro"-şalbana,
Çiynimizdən düşməyən şalbanımızçün sənk yu.
Mən bilirdim ki, səninkiynən bizimki tutmayır,
Sən tutuzdurdun dili-viranımızçün sənk yu.
Şərqimizdə qərbimizdir, qəbrimizdə şərqimiz,
Şərqi derkən burcudan oğlanımızçün sənk yu.
Can fəda etdik Vətənçün, bilmədik bir gün Vətən,
Ləğv edər hər bir güzəşti canımızçün sənk yu.
Həm ayağmız yüngül, həm də çox "sürüşkənmiş" bizim,
Bakü, İstanbul, Dubay imkanımızçün sənk yu,
Qapları Avropaya açdıq, fəqət meydana yox,
Bir muzeytək qorunan meydanımızçün sənk yu.
Doq dey of Nardaran ənd popleyşen Baku,
Yəni ki, döndərdiyin dövranımızçün sənk yu.
Xəlqə göstərmək üçün qeyrətmizin miqdarını,
Lüttərə meydan açan ekranımızçün sənk yu,
Ey Conum, gəl biz sənə hər sübh qud moninq deyək,
Sən bizə zəbt etdiyin şirvanımızçün sənk yu.
No it iz not eşqi-Məcnun, lonq liv Emmanuel,
Eşqi beynəlxalq olan dastanımızçün sənk yu.
Qulp olanda qulp qoyur, qulp olmayanda mız qoyur,
Hər şeyə bir mız qoyan Pünhani-mızçün sənk yu.


Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Açsan gözünü rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyrət görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, çək, baba, qalyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanını, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Goz nurudur uyqu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir ləhzə sözündən,
Amma elə bərk yuxla ki, hətta get özündən,
Afaqı dutan şurü qiyamətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Bu aləm başlayır giriş- çıxışdan,
Kim hardan girirsə, giriş sayılır.
Kim vaxtı nə cürə edirsə başdan,
Bu onun vaxtında bir iş sayılır.
Hərə bir hoqqadan, bir işdən çıxır,
Birisi baş-ayaq, biri yan girir.
Pulu çox olanlar girişdən çıxır,
Pulu olmayanlar çıxışdan girir.
Birisi biznesə, işə girişir,
Birini tuturlar çıxış edəndə.
Deyirlər bu çıxış edən gicişir,
O da günahkardır, alqış edən də
Itirib dünyanın qapılarını,
Baxır mənə üstü, başı qan adam.
Çıxıb aşa bilmir öz hasarını,
Çıxış yollarını axtaran adam
Raqif Raufoglu- 12/06/08
Qısa həyatı və hətta öz ölümü ilə Çingiz Mustafayev "vətənpərvərlik – dəbdə deyil" kimi fikirləri alt-üst etdi. Çingiz “vətənpərvər” sözünün həqiqi mənasını özünə qaytardı. Əgər onun kimiləri daha çox olsaydı, kim bilir, bəlkə də biz Qarabağı itirməzdik...
O bizim yaddaşımızda elə belə də qaldı - tikə-tikə edilmiş Xocalı körpələrinin nəfəssiz bədənləri üzərində ağlayan Çingiz Mustafayev. Bu, onun ermənilər tərəfindən törədilən qanlı faciə yerində çəkdiyi ilk kadrlar idi. Bütün dünyanı gəzən və erməni separatçılarının vəhşiliyini nümayiş etdirən ilk kadrlar. Yəqin ki, Çingiz elə onda milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olundu.
Görəsən, Çingiz ömrünün sonuna necə az qaldığını bilsəydi... Yox, o, müharibənin az hiss edildiyi şəhərdə gizlənməzdi, təhlükəli cəbhə müxbiri peşəsindən əl çəkərək artıq tanınmış jurnalist kimi qalmağı üstün tutmazdı. O, Qarabağın taleyi həll olunan, əsgərlərin həlak olduğu, qadın və uşaqların ermənilər tərəfindən girov götürüldürü cəbhəyə doğru can atırdı.
Əgər o bilsəydi... Qorxmadan demək olar ki, o, heç bir təhlükəyə baxmadan ölkəsinin taleyi həll olunan cəbhəyə yenidən qayıdardı. Çingiz Mustafayev təhlükə riskinin nə qədər böyük olduğunu çox yaxşı başa düşürdü, amma həmin vaxt Bakıda hakimiyyət uğrunda mübarizə aparan yalançı vətənpərvərlərdən fərqli olaraq özünü qırağa çəkmədi.
Çingiz üçün Vətən, Azərbaycan anlayışı yəqin ki, “ana”, “həyat”, “ailə” sözlərinin daşıdığı məna ilə bir idi. Onları satmaq olarmı? Məhz buna görə də Çingiz əsgərləri geri çəkilməməyə, vicdana çağırmaq üçün son nəfəsinə qədər qışqırırdı: “Kişisiniz yoxsa, yox?”. Şərq kişisi üçün onun cəsarətini şübhə altına almaqdan o yana heç bir təhqir yoxdur. Kim bilir, bəlkə də bu, onun artıq tarix qarşısında qoyduğu məsələdir. Geri çəkilən əsgərlərə çağırışı ilə o, doğma torpağı müdafiə etməyə kömək etdi. Çingiz Azərbaycana lazımdır. Gün gələcək ki, itirilmiş torpaqlar uğrunda döyüşmək lazım gələcək. Bax onda qorxusuz və məzəmmətsiz arxası ilə digərlərini aparan onlarla, yüzlərlə Çingiz lazım olacaq.
Bu iki tarixin üst-üstə düşməsində nə isə simvolika var – Çingiz iyunun 15-də həlak oldu, iki il sonra isə iyunun 15-də Azərbaycanda Qurtuluş Günü elan olundu. Çingiz bu qurltuluş üçün öz həyatını qurban vermişdi və yəqin ki, əgər lazım olsa, yenə də qurban verərdi. Taleyin hökmü belədir, bəlkə də bu, Allahın işidir. Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya, Çinfiz Mustafayev adına fond fəaliyyət göstərir. Amma Çingizin özü yoxdur- 16 il bundan əvvəl o, bizi əbədi olaraq tərk edib. /ANS PRESS/
OSMANLI ORDUSUNUN QAFQAZ HƏRƏKATI,AZƏRBAYCAN MİLLİ ORDUSUNUN YARANMASINDA ƏNVƏR PAŞA İMZASI
Raqif Raufoğlu Bakı Ali Birləşmiş Komandanlıq
Məktəbinin arxivindən
Hər kəsin Ənvər Paşanı günahlandırdığı Sarıqamış fəlakəti mövzusuna Hakan Albayrakın ötən sayımızda gedən müsahibəsi ilə bir xeyli aydınlıq gətirildi. “Amma bundan sonra nə oldu?, bir də hadisələrin gedişatına bizim mənbələrin tarix üçün qoyub getdiyi arxivlə diqqət yetirim” düşünərək BABKM-nin arxivinə daldım. Yazılmışdı:Ruslar 1916-cı ilin Avqust ayının sonuna qədər Trabzon və Ərzincan daxil olmaqla bütün şərqi Anadolunu işğal etdilər. Ancaq Rusiyada 12.03.1917-ci ildə baş verən bolşevik hərəkatı nəticəsində çarın devrilməsi hadisələrə yeni axar verdi və Qafqaz cəbhəsində sülh bağlamaq imkanları yarandı. Bolşevik Rus rəhbərlərinin müraciəti ilə bir tərəfdə Almaniya, Avstriya, Bolqarıstan və Türkiyə, digər tərəfdə Rusiya arasında razılıq əldə olundu və sülh danışıqlarına başlandı. Bunula bərabər Türk- Rus cəbhəsində də 18 dekabr 1917-ci ildə Ərzurum müqaviləsi bağlandı. Müqavilədən sonra rus orduları işğal etdikləri ərazilərdən çəkilsə də şərtlərə zidd olaraq, erməni polkları və polisləri həmin bölgələrdə Türk əhalisinə qarşı iri miqyaslı bir təmizləmə fəailləyitənə başladılar. Bölgədəki Türklərin can və mal toxunulmazlığı tam aradan qaldırılmışdı. Belə bir halda Türk ordusunun hərəkətə başlaması qaçınılmaz bir hala çevrilmişdi.
Rusiyada baş verən bolşevik inqilabından sonra çarlıq idarə üsulunun yaxınlaşmasıyla yaranan hakimiyyət boşluğunun təsiriylə erməni, gürcü və azərbaycanlılar tərəfindən mərkəzi Tiflis olan Qafqaz Konvederasiyası quruldu. Ancaq “Konfederasiya”nın daxilindəki üç millət arasında bir yekdillilik yox idi və məcburən birgə hərəkət edirdilər. Bu zaman ərzində gürcülər və ermənilər köhnə çar ordularında olan zabit və əsgərlərini cəmləşdirərək öz orduqlarını qurduqları halda Azərbaycan Türkləri bundan məhrum idi. Çünki çarlıq dövründə rus ordularına buradakı Türklərdən əsgər çağırılmırdı. Buna görə də bir əsrdən çox davam edən rus idarəçiliyində Azərbaycan Türkləri ordu quruculuğunda təcrübəsiz idi. Belə bir vəziyyətdə onlar öz milli varlıqlarını qoruya bilmək üçün ancaq qardaş Türkiyəyə güvənə bilərdilər.
Osmanlı hökumətinin Qars, Ərdahah və Batumu tələb etməsi Sovet Rusiyası tərəfindən qəbul edilməmişdi. Bundan sonra Ənvər Paşanın əmri ilə 3-cü Ordu komandanı Vehib Paşanın erməni birliklərinə qarşı əməliyyatları 1914-cü ildə Türk- Rus sərhədlərini bərpa etdi. Göründüyü kimi Ənvər Paşanın komandanlıq etdiyi Türk ordusu sayəsində Osmanlı dövləti çar Rusiyasının devrilməsindən sonra bu tarixi fürsətdən maksimum dərəcədə faydalanmağa çalışırdı.
Bu arada “konfederasiya”nın son iclasından sonra ermənilər və gürcülər öz özlərini müstəqil dövlət elan etdilər. Bundan 2 gün sonra isə 28 may 1918 tarixində Azərbaycan müstəqilliyini elan etdi. Məlum idi ki, Bakı şəhəri 18 mart 1918-də Şaumyanın təşkil etdiyi bolşeviklərin əlinə keçmişdi. Bu səbəbdən Azərbaycan paytaxtı müvəqqəti olaraq Gəncə oldu.
Şaumyan Bakıda hakimiyyəti ələ keçirdikdən sonra buradakı Türklərə qarşı ağır təzyiq və genosidə başlamışdı. Bakıda ermənilər tərəfindən Türklərə qarşı 18 mart- 1 aprel tarixləri arasında törədilən qırğın nəticəsində 20 000 türk şəhid edildi. Bu həqiqətlər qarşısında Osmanlı`dan hərbi yardım istəmək bir məcburiyyət halını almışdı. Batumda Ənvər Paşa ilə görüşən Azərbaycan heyəti hərbi yardım üçün müraciət etdi və Ənvər Paşa yardım olunacağına söz verdi. Bu arada rus əsarətindən qaçaraq Türkiyəyə gələn , 29 dekabr 1917 tarixində 6-cı ordu komandan