Masonluq – dini-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. İngiliscədən tərcümədə “azad bənna” mənasını verir (freemason). Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki ideallarə bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır.
Masonluq yerli lojalar şəklində fəaliyyət göstərir. Yerli lojalar Baş Lojaya tabedir. Bir qayda olaraq hər ölkədə yalnız bir Baş Loja fəaliyyət göstərir. Lakin ABŞ-da hər ştatda bir Baş Loja mövcuddur. İlk Mason lojaları XVII əsrdə İngiltərədə meydana gəlir. Lakin bəzi tədqiqatçılar masonluğun daha qədim keçmişə malik olduğunu bildirir. Onların fikrincə masonluq öz əsasını Səlibçilikdən və XIII əsr gildiya bənnaları ittifaqından götürür. Bəziləri isə bu tarixin Süleyman Şah Məbədinin tikilməsi ilə əlaqələndirir.
Davamı...


.jpg)








