
DÜNƏN

BU GÜN

DÜNƏN

BU GÜN
1992-ci il, fevralın 24-də separatçı Dağlıq Qarabağın qondarma ali sovetinin rəyasət heyəti bu oyuncaq respublikanın silahlı qüvvələrinin hüquqi statusu haqqında qərar qəbul edərək onu vahid komandana tabe etdi. Dağlıq Qarabağın özünü müdafiə komitəsinin sədri, siz bilən kim oldu? Serj Sarkisyan. Bu günlərdə Ermənistanın prezidenti seçilmiş Serj Sarkisyan. Xocalının işğal edilməsi Serj Sarkisyanın komandan kimi həyata keçirdiyi ilk əməliyyat oldu.
Davamı...
BUNU AZƏRBAYCANA QARŞI HƏYATA KEÇİRİLƏN DƏHŞƏTLİ TERROR AKSİYALARI SÜBUT EDİR
Oxuyun, tanış olun və düşünün...
Dağlıq Qarabağla bağlı beynəlxalq qurumların problemlə əlaqədar obyektiv hesabat hazırlayacaqları haqda bəyanatları çox eşitmişik. Hamısı bu savaşda haqlı olduğumuzu deyir və gedir.
Vəd də verir ki, münaqişənin ədalətli həllinə çalışacaq. On beş ildən artıqdır bu vədlərə, bəyanatlara öyrəşmişik. Hansısa konkret əməli nəticədən danışmaq isə sadəlövhlük olardı. Hətta bəzi hallarda Bakıda Azərbaycanın ədalətli mövqedə olduğunu deyib geri döndükdən sonra ermənilərin havasına oynadıqları da məlumdur. Nəzərə almaq lazımdır ki, bir milyondan artıq qaçqın ilan mələşən çöllərdən, susuz səhralardan doğma yurduna dönəcəyi günü səbirsizliklə gözləyir. Və onlar bizim yerimizə erməniylə vuruşub torpağımızı geri qaytarası, ürəyimizdəki namus ləkəsini təmizləyəsi, şəhidlərimizin qanını alası deyillər. Bu, bizim - namusuna təcavüz edilmiş, papağı ayaqlar altına atılmış, öz vətənində didərgin həyatı yaşayanların borcudur.
-
Bu, Xocalı şəhərindən olan bir məcburi köçkünün Azərbaycan hakimiyyətindən gileyidir. Ancaq nə bu məcburi köçkünün, nə də onun başqa həmvətənlərinin giley-güzarı Bakıda Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidənin ölçüləri ilə bitmir. Həmin məcburi köçkünün Xocalı faciəsi zamanı atası itkin düşüb, iki qardaşı, qardaşlarının həyat yoldaşları, onların uşaqları əsir alınıblar. O, deyir ki, qardaşları əsirlikdən qayıtdıqdan sonra orada nə baş vermişdisə, utandıqlarından bir-birinin gözlərinin içinə baxa bilmirlərmiş. Sonradan onlardan biri intihar edib, digəri isə narkotik maddələrə alüdə olduğundan vaxtsız dünyadan köçüb. İndi deməsinə görə, onu üzən-ağrıdan odur ki, hələ də bitib-tükənməyən bütün bu faciələrin müqəssirləri mühakimə olunmayıblar. Bu bir metr yarımlıq abidəyə isə onların faciəsinin yox, həmin faciəyə verilən dəyərin tərənnümü kimi baxır
Davamı...
ALLAH Səbr Verməsin

XOCALI-16 İLDİR QİSASA
SƏSLƏYİR VƏ BİZ SUSURUQ
Babaların gorgahları viran qalmış torpaqlarda
Qalx ayağa Türk oğlu Türk - Vətən darda
Zülm eylədi zülm içində İmperiyanın kifli yapı,
Qənim oldu bu millətə rusdan qalan balta sapı.
Kor şeytanın xofu gəzir diyar-diyar, qapı-qapı
İgidliyin, qorxmazlığın, cəsurluğun qaldı harda?
Qalx ayağa Türk oğlu Türk - Vətən darda.
Elimizdə, obamızda fitnəkara ağır yükük,
On beş ildə bu tayfadan bu klandan nə görmüşük?
Qarabağda əsirlikdə qız-gəlinlər boynubükük,
Havalanır Xanın səsi qəmli-qəmli uzaqlarda
Qalx ayağa Türk oğlu Türk - Vətən darda.
Quzğun soylu quzğun kimi dünən çıxıb yumurtadan,
Bölüşdürür bu torpağı yağılarla tən ortadan.
Yetmiş ildə tamarzı tək azadlıqdan zərrə dadan
Əyilmədən üsyan deyir dəmir qəfəs-zindanlarda,
Qalx ayağa Türk oğlu Türk - Vətən darda.
Yetər bəsdir, bir ajana “dahi rəhbər” söyləməyin,
Şərəfli yol - Dövlətçilik, millətçilik - göz-bəbəyin
Yadınızdan çıxmayıbsa, əfəndimiz Elçibəyin,
Ucalardı, gurultulu hayqırtısı meydanlarda
Qalx ayağa Türk oğlu Türk - Vətən darda.
Mən bir Türkəm, Türk oğluyam nə poladam nə dəmirəm,
Vüqarlıyam - heç bir kəsin qarşısında əyilmirəm.
Satılmışın sırıdığı belə “sülhü, sabitliyi” istəmirəm!
Oğul gərək qana-qanla əldə silah - Savaşlarda
Qalx ayağa Türk oğlu Türk - Vətən darda
Qalx ayağa Türk oğlu Türk - Vətən darda
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.
Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.
Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi.
SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
Davamı...



