N.N. Davletşina, B.B. Kimlika, R.C. Klark, D.U. Rey
Demokratiya: Dövlət və Cəmiyyət
MÜƏLLİFLƏRDƏN
Əziz dostlar! Ölkəmiz öz inkişafının mühüm dövrünü yaşayır. Biz Vətənimizin tarixində yeni bir səhifə - demokratiya səhifəsini açırıq. Ölkəmizin vətəndaşları ilk dəfədir ki, cəmiyyətin, dövlətin və hökumətin həyatına təsir göstərmək imkanı qazanmışdır. Elə ona görə də bizim dərslik «Demokratiya: dövlət və cəmiyyət» adlanır. Demokratiya məktəbini hamı keçməlidir, həyata yenicə qədəm qoyan da, xeyli həyat təcrübəsi olan da; çünki azadlıq həvəsi insanda anadangəlmə də ola bilər, amma demokratiya təcrübəsini öyrənmək lazımdır.
Davamı...



