«Udduq, amma boyunlarına qoya bilmədik». Azərbaycan futbolçularının Braziliya yığma komandasını udması barədə fantastik lətifənin sonluğunda Ronaldinyonun bu ifadəsini, yəqin ki, eşitmisiniz. Amma serblər bizi uddular və boynumuza da qoydular. Özü də təkcə boynumuza yox. Matçdan əvvəl hamının birağızdan oxuduğu himnimizin sözləri yada düşür. «Bayrağını yüksəltməyə… Cümlə-gənclər muştaqdır». Həmişə olduğu kimi, bayrağımızı bu dəfə də yüksəltdik. Amma namusumuzu hifz edə bilmədik. İndiyə kimi çox faciələrin canlı şahidi olmuşdum. 1999-cu ildə Portuqaliyada olarkən yerli yığmaya 0:7 hesabı ilə məğlubiyyət dəhşətini xatırladım. Onda özümə gəlməmiş aparıcı futbolçumuzun birinin dediyi söz mənim indi də qulağımdadır. İlk dəfədir ki, bunu efirdə səsləndirəcəyəm. O futbolçu belə demişdi: «Niyə ürəyini sıxırsan, birinci dəfədir bəyəm?». Düzdür, birinci deyildi. Ondan əvvəl Oserdə Fransaya 0:10 olmuşdu. Sonradan Təl-Əvivdən 0:6, Varşavadan 0:8 və 0:5-lər gəldi. Hələ Kiyevdəki 0:6 da unudulmayıb. İnsafən, «birinci dəfədir bəyəm» sözü yerinə düşür. Amma beləsi birinci dəfə idi. Serblərin qapımızdan keçirdiyi 6 qol, Azərbaycan millətinin sifətinə 6 tüpürcək, üzünə vurulmuş bir o qədər yağlı şillə oldu. Əcəba, biz həqiqətənmi bu qədər məğmun idik?!
Davamı...Ölkemizi çempionlar ligasında temsil eden Xezer Lenkeren komandasi cavab oyununda seferde Dinamo Z komandasina 3-1 hesabi ile meglub oldu oyuna komandamiz pis baslamayib oyunun 16 ci deqiqesinde komandamizin yeni transferlerinden Junior hesabi acib 1 ci hisse bu hesabla basa catip ikinci hissede 56 ci deqiqede Vugirnec hesabi beraberlesdirib.79 cu deqiqede komandamiz meydanda 10 neferle qalib tiamoah qirmizi vereqe ile cezalanibşoyunun 90 deqiqesi 1-1 basa catib ve qalibi mueyyen etmey ucun 30 deqiqelik elkeve vaxda muraciet olunub 99' M. Mandzukic 116 J. Tadic vurdugu qollarla dinamo 3-1 hesabi qelebesi ile basa catib
Bu gun Baki vaxtdi ile saat 23 15 de Lenkeranin Xezer komandasi Xorvatiyanin Zaqreb Seherinde bu seherin Dinamo komandasi ile qarsilasacaq ilk oyun Bakida kecirilmisdi ve 1-1 hesabi ile nbeticelenmisdi.Cavab oyununda ilk oyunda qirmizi vereqe alan ve 5 oyunluq cezalandirilan Emin Quliyevin oynamayacagi deqiqdi komandamiza ugurlar




