
Bu şəkilləri Ankaradan mənə göndərən dosduma minnətdarlığımı bilidirəm
Davamında yenə şəkillər var
Davamı...

Bu şəkilləri Ankaradan mənə göndərən dosduma minnətdarlığımı bilidirəm
Davamında yenə şəkillər var
Davamı...
Heykəl var-məzara gömülsün gərək,
Məzar var, heykəli ucalmalıydı.
N.Həsənzadə
Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da
Sən öz canını qoydun.
Borclu ikən Vətən sənə, xalq sənə
Hər şey döndu tərsinə.
Bu torpaqdan verəmmədik
Bir məzarlıq yer sənə.
Zamana bax! Bu torpağı
Birsağ ola satana,
Xəyanətin kölgəsində
rahat-rahat yatana
Bu milləti ölümlərlə
imtahana çəkənə
Məmləkəti başdan-başa
talayana, sökənə
Heykəllər ucaltmışıq.
Özümüzü bəyənməyib
Beynəlmiləl laylasına yatmışıq.
Yatdığımız bəs etməzmi?
Ayılaq bir, görək bir
Xeyir nədir, şər nədir?
Riyalara,boyalara
yetmiş ildir uymuşuq.
Gör kimin əvəzinə
kimə heykəl qoymuşuq.
Ancaq ana təbiətdə
Bir əzəli qayda var:
Bünövrəsi eşq olmayanın
Tunc olsa da tez uçar.
Heykəl-məzar!
Biri- zora söykənibdir
Biri-haqqa, şərəfə!
Davamlıdır
qəlbimizə köçüb gələn o məzar.
Postamenti nifrət olan
yüz heykəldən yüz dəfə!
28 may, 1990

Məmməd Əmin Rəsulzadə haqqında, onun yaradıcılığı və fəaliyyəti barədə bu kiçik oçerki mən altı il (amma necə illər!..) bundan əvvəl Ankarada, “Dədəman” otelində gecə yarısı cib dəftərçəmə yazdığım, sonralar Bakıda çap elətdirdiyim bir xatirə ilə başlamaq istəyirəm:
“Oturub bu cümlələri dəftərçəmə yazmağa başlayıram və birdən-birə mənə elə gəlir ki, indi bu “Dədəman” otelində məndən başqa oyaq adam yoxdu; hamı yatıb, təkcə mən oyağam...
Əlbəttə, belə deyil, düzdü indi gecə saat 3-ə qalıb, amma bilirəm, aşağıda - birinci, ikinci mərtəbələrdə həyat qaynayır.
Bir saatdan artıq idi ki, yerimə girmişdim, amma yata bilmirdim, o iddiasız, sadə qəbir gozlərimin qabağından getmirdi, o qəbri əhatə etmiş o adamları da bir-bir təzədən görürdüm, özümə də kənardan baxırdım...
Bu gün günorta “Vətən” Cəmiyyətinin üç nəfərdən ibarət rəsmi nümayəndəliyi - Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev və mən Məmməd Əmin Rəsuİzadənin qəbrini ziyarətə getmişdik.
Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, mən, Azərbaycan Milli Mərkəzinin, Ankaradakı Azərbaycan Kültür Dərnəyinin liderləri Məhəmməd Kəngərli, Feyzi Aküzüm, Əhməd Qaraca... Bir də ki, o iddiasız, o sadə qəbir daşı...
Davamı...
Ulu öndərin doğumunun 124-cü ili tamam
Kamil və örnək insan, mücahid, güclü məntiq və fəzilət yiyəsi...
Tam əksinə. Deməli, xalqın sevgisini heykəllər, muzeylər şərtləndirmir. O əbədiliyin əsasını böyük əməl və məfkurə sahibi olmaq, ciddi və real işlərin ortalığa qoyulması təşkil edir. Və həmişə M.Ə.Rəsulzadəyə olan hücumları, qeyri-obyektiv yanaşmaları görəndə öndərin öz sözlərini xatırlamışam: “Demokratiya olmayan yerdə həmişə demoqogiya baş qaldırır”.
Davamı....jpg)
Onun yalnız bir mübarizə amalı vardı: Azərbaycanın müstəqilliyi. O bu yolda döyüşüb inamından dönmürdü. Hansı iş təklif olunsa da, harda söhbət düşsə də bir fikri irəli sürürdü: Azərbaycan müstəqil dövlət olmalıdır. Çoxları təəccüblənir, heyrət içərisində onun dönməzliyinə, cəsarətinə pərəstiş edirdilər. Bəzənhəyatı təhlükədə qalır, amansız ölüm lap yaxınlığında dayanırdı. Belə dəhşətli anlarda da sözündən dönmür, “Azərbaycan” davasını davam etdirirdi.
Türkiyədəki dostları onun haqqında böyük məhəbbətlə danışır və həmişə də bir söz deyirdilər. Danışırdılar ki, Emin bey hansı şəraitdə olusa-olsun, sakitcə bir kənarda oturardı. Elə ki, söz Azərbaycandan düşdü, o qızmış şirə dönər, alovlanırdı. Onun bu halı qarşısında hamı təslim olardı. O, Azərbaycan davasını hər kəsə dərin məntiqlə, sübut və dəlillərlə başa salıb qalib gəlməyi bacarırdı.
Bütün dünyanı qorxuya salan Hitler də Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan davası” ilə bacarmadı.
Məhəmməd Əmin Rəsulzadə Hitlerlə üz-üzə gəlməzdən qabaq hələ 1933-cü ildə yazırdı ki, hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaradılmış bir ideyadır. O faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin aradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir
Davamı..."Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm (1) . Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır". Bu fikirlər başlıca iki əsasa dayanır: İNSANLARA AZADLIQ, MİLLƏTLƏRƏ İSTİQLAL!
Bundan 33 il evvəl, Birinci Dünya Harbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında tutan Rusiya İmperatorluqu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.
Rəisi olmaq şərəfiylə fəxr etdiyim Milli Azərbaycan Şurasının bu münasibətlə nəşr etdiyi tarixi bəyannamedə özcümlə bu maddələr vardır:
1. - Azərbaycan xalqı hakimiyyət haqqına malik, Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. - Azərbaycan dövlətinin idar şəkli xalq cümhuriyyətidir.
3. - Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə civardakı qonşu millət və dövlətlərlə iyi münasibətlər qurmağa əzm edər.
4. - Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi közləmədən hüdudları içində yaşayan bütün vətəndaşlarına siyasi və mədəni haqlar təmin edər
Davamı...AMERİKANIN SƏSİ" RADİOSU İLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT
1953-CÜ İLİN 28 MAYINDA AZƏRBAYCANA XİTAB
Davamı...MÜSAVAT PARTİYASININ İLK BAŞQANI MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ
Müsavat Partiyasının lideri və ilk Başqanı Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində anadan olub. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zal qızı Zinyətdir.
Davamı...




