Babaların gorgahları viran qalmış torpaqlarda
Qalx ayağa Türk oğlu Türk - Vətən darda
Zülm eylədi zülm içində İmperiyanın kifli yapı,
Qənim oldu bu millətə rusdan qalan balta sapı.
Kor şeytanın xofu gəzir diyar-diyar, qapı-qapı
İgidliyin, qorxmazlığın, cəsurluğun qaldı harda?
Qalx ayağa Türk oğlu Türk - Vətən darda.
Elimizdə, obamızda fitnəkara ağır yükük,
On beş ildə bu tayfadan bu klandan nə görmüşük?
Qarabağda əsirlikdə qız-gəlinlər boynubükük,
Havalanır Xanın səsi qəmli-qəmli uzaqlarda
Qalx ayağa Türk oğlu Türk - Vətən darda.
Quzğun soylu quzğun kimi dünən çıxıb yumurtadan,
Bölüşdürür bu torpağı yağılarla tən ortadan.
Yetmiş ildə tamarzı tək azadlıqdan zərrə dadan
Əyilmədən üsyan deyir dəmir qəfəs-zindanlarda,
Qalx ayağa Türk oğlu Türk - Vətən darda.
Yetər bəsdir, bir ajana “dahi rəhbər” söyləməyin,
Şərəfli yol - Dövlətçilik, millətçilik - göz-bəbəyin
Yadınızdan çıxmayıbsa, əfəndimiz Elçibəyin,
Ucalardı, gurultulu hayqırtısı meydanlarda
Qalx ayağa Türk oğlu Türk - Vətən darda.
Mən bir Türkəm, Türk oğluyam nə poladam nə dəmirəm,
Vüqarlıyam - heç bir kəsin qarşısında əyilmirəm.
Satılmışın sırıdığı belə “sülhü, sabitliyi” istəmirəm!
Oğul gərək qana-qanla əldə silah - Savaşlarda
Qalx ayağa Türk oğlu Türk - Vətən darda
Qalx ayağa Türk oğlu Türk - Vətən darda

Satirik bu gün 14-cü kalona qaytarılır
Artıq yetişib, hürriyyətin anları - Qalxın




